HƏMAS-ın bəyanatında bildirilir: “Terrorçu nazir İtamar Ben Qverin bu gün səhər saatlarında Məscidül-Əqsada yəhudi sinaqoqu tikmək niyyəti ilə bağlı dedikləri təhlükəli açıqlamadır və işğalçı rejimin Məscidül-Əqsaya qarşı hədəflərinin mahiyyətini, Ərəb və İslam kimliyini dəyişdirərək onu yəhudiləşdirmək cəhdini göstərir.”
HƏMAS bəyanatda işğalçıların bu İslami müqəddəs məkana qarşı pis planlarının qarşısını almaq üçün işğal olunmuş İordan çayının qərb sahili və Qüds sakinlərini Məscidül-Əqsada aksiyaya çağırıb.
Bu hərəkat öz bəyanatının davamında vurğulayıb: “Ərəb və İslam ümməti hökumətlərdən tutmuş İslam Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə bütün insanlar və təşkilatlar müsəlmanların birinci qibləsinə qarşı işğalçıların planları ilə mübarizə aparmaq üçün üzərinə düşən vəzifələri yerinə yetirməlidir.”
Sizin rəyiniz